Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi Federal Dövlət Büdcə İdarəsinin direktoru, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Mixail Davıdovdan

26 oktyabr 2013, 14:10

Hörmətli İlham Heydər oğlu,

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək və vətəndaşların rifahı yüksələcək, azərbaycanlı həmkarlarımızla tarixi əlaqələrimiz isə möhkəmlənəcək və qarşılıqlı inteqrasiyanın inkişafında yeni mərhələ açacaqdır.

Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq, ali dövləti vəzifənizdə uğurlar, müstəqil Azərbaycan Respublikasına və xalqına çiçəklənmə arzulayıram.

Hörmətlə,

Mixail Davıdov

Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına
Rusiya Onkoloji Elmi Mərkəzi Federal Dövlət Büdcə
İdarəsinin direktoru, Rusiya Elmlər Akademiyasının və
Rusiya Tibb Elmləri Akademiyasının akademiki,
professor, tibb elmləri doktoru 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55