Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Xalq Rəssamı Tahir Salahovdan

26 oktyabr 2013, 13:50

Hörmətli cənab Prezident,

Əziz İlham Heydər oğlu,

İcazə verin, Sizi - Azərbaycan xalqının hamı tərəfindən qəbul olunmuş liderini dövlətimizin ali rəhbəri vəzifəsinə üçüncü müddətə seçilməyiniz münasibətilə təbrik edim. Bu hadisə Azərbaycan vətəndaşlarının gözündə Sizin şəksiz nüfuzunuzu bir daha təsdiq etmişdir. Siz böyük atanızın işinin layiqli davamçısısınız. Sizin dövrünüzdə ölkə yeni tarixi görkəm alır, iqtisadiyyat və mədəniyyət yenilənir və inkişaf edir, insanların rifahı artır. Biz Sizin siyasi zəkanıza, istedadınıza, müdrikliyinizə və Azərbaycan xalqının ənənələrinə sadiqliyinizə inanırıq.

Gözəl Vətənimizə məsul və nəcib xidmətdə Sizə səmimi qəlbdən yeni uğurlar və nailiyyətlər arzulayıram.

Sizin,

Tahir Salahov

Rusiya Rəssamlıq Akademiyasının
vitse-prezidenti, SSRİ Xalq Rəssamı 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55