Smolnı İnstitutunun Ali İnzibati Şurasının sədri Heydər İmanovdan

25 oktyabr 2013, 14:30

Çox hörmətli cənab Prezident!

Sankt-Peterburq şəhərindəki Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutunun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Sizi, görkəmli siyasi və dövlət xadimini, ulu öndər Heydər Əliyevin işinin layiqli davamçısını, üçüncü müddətə azad, demokratik Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən salamlayır və təbrik edir.

Yenidən bu vəzifəyə seçilməyiniz Azərbaycanda və onun hüdudlarından kənarda Sizə böyük sevgi və ehtiramın daha bir təsdiqidir. Azərbaycan Respublikasının gənc vətəndaşlarının bizim institutda təhsil alan böyük bir qrupu 2013-cü il oktyabrın 9-da yekdilliklə Sizin namizədliyinizə səs vermiş, bununla da müasir Azərbaycanın seçdiyi yolu dəstəklədiyini nümayiş etdirmişdir.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə böyük uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Heydər İmanov
Smolnı İnstitutunun Ali İnzibati Şurasının sədri,

Aleksandr Salnikov
Smolnı İnstitutunun rektoru,

Boris Sovetov
Smolnı İnstitutunun prezidenti