Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı Partiyasının sədri, 2009-2013-cü illərdə Bolqarıstanın sabiq Baş naziri Boyko Borisovdan

25 oktyabr 2013, 13:35

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan qürur və fəxarət hissi duyuram.

Seçkilərdə parlaq qələbəniz Azərbaycanı uğurlu demokratik inkişaf yolu ilə irəliyə aparmaq səylərinizə və lideri olduğunuz partiyanın fəaliyyətinə xalqınızın dəstəyinin əyani göstəricisidir.

Əminəm ki, partiyalarımız arasında əməkdaşlıq bundan sonra da demokratik inkişaf dəyərlərindən faydalanmaq yolu ilə daha da dərinləşəcəkdir.

Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm.

İcazə verin, bir daha qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırım.

Hörmətlə,

Boyko Borisov

Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı Partiyasının sədri,
2009-2013-cü illərdə Bolqarıstanın sabiq Baş naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55