İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Minskə gəlmişdir

25 oktyabr 2013, 11:50
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Minskə gəlmişdir

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə gəlmişdir.

MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentini MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev, Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

gallery-photogallery-photogallery-photogallery-photo