Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə şəxsən öz adımdan və Əfqanıstan İslam Respublikasının bütün xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram.
Yenidən Prezident seçilməyiniz dost və qardaş Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz siyasətə olan etimadının və inamının təsdiqidir.
Əminəm ki, dost və qardaş Azərbaycan xalqı Sizin rəhbərliyinizlə yüksək inkişaf və tərəqqiyə nail olacaqdır. Əfqanıstan İslam Respublikası və Azərbaycan Respublikası arasında olan əlaqələr isə daha da inkişaf edəcəkdir.
Zati-aliləri, Sizi bir daha parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edirəm və Allahdan Sizə cansağlığı, Azərbaycan xalqına səadət və tərəqqi diləyirəm.
Hörmətlə,
Həmid Kərzai
Əfqanıstan İslam Respublikasının Prezidenti