Nyu-Meksiko ştatının Nümayəndələr Palatasının üzvü Debbi Rodelladan

24 oktyabr 2013, 16:15

Cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Demokratik prosesin vacib hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim təklif edir. Mən bir amerikalı kimi Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm töhfələrini yüksək qiymətləndirirəm. Bu, bizim ümumi səylərimizin yalnız bir nümunəsidir. Biz Azərbaycan ilə tərəfdaşlığımızın davamlı olacağına ümid edirik.

Cənab Prezident, Azərbaycanın dostu olaraq ölkənizi inkişaf etdirmək səylərinizdə Sizə uğurlar və xalqınıza rifah arzulayıram.

Hörmətlə,

Debbi Rodella
Nyu-Meksiko ştatının Nümayəndələr Palatasının üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55