Olqa Mstislavovna Rostropoviçdən

24 oktyabr 2013, 16:35

Əziz İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Bu hadisə münasibətilə biz bütün Azərbaycan xalqını – Sizin sayənizdə və əlbəttə, atanız Heydər Əliyevin sayəsində dünyanın nüfuzlu və firavan dövlətlərindən birinə çevrilmiş ölkənin xalqını təbrik edirik.

Ölkələrimiz arasında tarix boyu həqiqətən səmimi dostluq münasibətləri olmuşdur və əminik ki, həmişə belə olacaqdır. Azərbaycan ən gözəl ölkələrdən biridir. Buraya bir dəfə gələnlər dönə-dönə gəlmək istəyirlər və çox əlamətdar haldır ki, burada ənənələr xüsusi diqqətlə qorunub saxlanılır, incəsənət tərəqqi edir.

Azərbaycanın bütün vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə Sizə və ailənizə uzun ömür, xoşbəxtlik arzulayırıq.

Hörmətli İlham Heydər oğlu, Moskvaya səfərlərinizin birində bizim Opera İfaçılığı Mərkəzinin fəxri qonağı olsanız, bunu özümüz üçün şərəf və xoşbəxtlik hesab edərik.

Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin və Mstislav Rostropoviç Fondunun bütün kollektivi adından dərin hörmətlə,

Olqa Mstislavovna Rostropoviç

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55