Zati-aliləri, hörmətli cənab Prezident,
Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi sevinclə qarşıladım. Seçkilərdə əldə etdiyiniz parlaq qələbə münasibətilə Sizi təbrik edirəm. Bu qələbə Azərbaycan xalqının ölkənizin gələcəyinə siyasi baxışlarınıza göstərdiyi etimadın təsdiqidir.
Sizə ölkənizin mənafeyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Azərbaycan və Rumıniya uzunmüddətli iqtisadi, mədəni və siyasi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdan faydalanıb. İnanıram ki, Sizin rəhbərliyinizlə bu əlaqələr daha da inkişaf edəcək və biz əməkdaşlığımızı ortaq maraqlarımız üzərində davam etdirəcəyik. Ümidvaram ki, qarşıdakı illərdə də Sizinlə uğurla əməkdaşlıq edəcəyik.
Zati-aliləri, siyasi fəaliyyətinizdə və növbəti prezidentlik dövründə Sizə müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Mihay Razvan Unqureanu
Rumıniyanın sabiq Baş naziri, senator,
Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri