Argentina Parlamentinin Deputatlar Palatasında Neuken Xalq Hərəkatı Blokunun sədri Alisia Komellidən

23 oktyabr 2013, 18:00

“Oktyabrın 9-da keçirilmiş demokratik seçkilər münasibətilə Sizi və bütün Azərbaycan Respublikasını təbrik edirəm. Cənab Prezident, bu seçkilərdə Azərbaycan xalqı Sizin ölkənin həqiqi lideri olduğunuza birmənalı dəstəyini ifadə etmişdir”.

Bu sözləri Argentina Parlamentinin Deputatlar Palatasında Neuken Xalq Hərəkatı Blokunun sədri Alisia Komelli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikində yazmışdır.

Təbrikdə deyilir: “Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi ölkənizdə növbəti prezident seçkilərinin demokratik şəraitdə keçirilməsini alqışlayıram. Əminəm ki, bu seçim ölkənizin daha sanballı uğurlar qazanmasına imkan verəcəkdir”.

Argentinalı deputat təbrikini bu sözlərlə bitirir: “İnanıram ki, bu qələbə Azərbaycan ilə Argentina arasında təşəkkül tapmış strateji əlaqələrin davamlılığını və daha da möhkəmlənməsini təmin edəcəkdir. Fürsətdən istifadə edərək Sizi bir daha səmimi salamlayıram”.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55