İlham Əliyev Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında görülən işlərlə tanış olmuşdur

22 oktyabr 2013, 15:30
İlham Əliyev Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında görülən işlərlə tanış olmuşdur

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 22-də Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşlar.

Parkda görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, parkda paytaxt sakinlərinin istirahəti üçün bütün lazımi şəraitin yaradılması istiqamətində işlər ardıcıl olaraq həyata keçirilir. İnşaat işləri ilə yanaşı, parkda yeni yaşıllıq zolaqları salınır, abadlıq və quruculuq işləri görülür. Parkda Azərbaycan mədəniyyətinin nadir nümunələrindən olan Dədə Qorqud dastanına ucaldılan abidə kompleksi üzərində tamamlama işləri də həyata keçirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın ərazisini gəzdilər, inşaat işlərinin gedişi ilə maraqlandılar.

Dövlət başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55