Polşa Respublikasının Prezidenti Bronislav Komorovskidən

22 oktyabr 2013, 12:30

Zati-aliləri,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və andiçmə mərasimi ilə əlaqədar səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mövcud ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğumu bildirir və əməkdaşlığımızın hərtərəfli inkişafına ümid edirəm. Bildirirəm ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın sıxlaşması istiqamətində Polşa Respublikası öz töhfəsini verməyə hazırdır.

2011-ci ildə Bakıya səfərimi məmnuniyyətlə xatırlayaraq, cənab Prezident, Sizi gələn il Polşaya səfərə dəvət edirəm.

Əminəm ki, bu səfəriniz ölkələrimiz arasında, xüsusilə də iqtisadiyyat sahəsində əməkdaşlığa yeni təkan verəcəkdir. Cənab Prezident, səfərin tarixinin diplomatik kanallar vasitəsilə müəyyənləşdirilməsini təklif edirəm.

Zati-aliləri, Sizə və bütün Azərbaycan xalqına cansağlığı və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Bronislav Komorovski
Polşa Respublikasının Prezidenti 

SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:09
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı...

16 noyabr 2026, 12:09
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:06
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD n...

16 noyabr 2026, 12:06
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
12:05
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunv...

16 noyabr 2026, 12:05