17:15

Prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olmuşlar.
Fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlət başçısı əsgərləri salamladı.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açıldı.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.
Prezident İlham Əliyev hakimiyyəti illərində xalqımızın mənəvi dəyərlərinə, dövlət rəmzlərinə böyük önəm vermişdir. Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Gününün təsis olunması bunun bariz təsdiqidir.
Dövlət Bayrağı Meydanı 2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə təntənəli surətdə açılmışdır. Bakıdakı bayraq dirəyi hündürlüyünə görə 2010-cu il mayın 29-da Ginnesin rekordlar kitabına daxil edilmişdir. İyirmi min kvadratmetr ərazisi olan meydanda ucaldılan bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın eni 35, uzunluğu 70 metrdir.
Bu gün paytaxtla yanaşı, regionlarda da müasir bayraq meydanlarının tikilməsi xalqımızın milli qürur mənbəyi – dövlət bayrağımıza olan dərin sevgidən qaynaqlanır. Bu, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlət atributlarına olan məhəbbətini bir daha nümayiş etdirir.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali...
07 may 2025, 16:34Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının...
07 may 2025, 15:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...
07 may 2025, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...
07 may 2025, 15:39Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.
-2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan...
06 may 2025, 18:40Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...
06 may 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam...
06 may 2025, 16:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam...
06 may 2025, 16:02Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 5 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Aparatı – idarələr və şöbələr.
2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri...
05 may 2025, 16:04