Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncıdan

13 oktyabr 2013, 14:35

Cənab Prezident!

Yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə Zati-alinizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyi adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin işçilərindən və üzv ölkələrin nümayəndələrindən ibarət seçkiləri müşahidə missiyası mahiyyət baxımından mühüm əhəmiyyətə malik olan Ağdam rayonunun işğal altında olmayan və məcburi köçkünlərin yaşadığı müxtəlif kəndlərindəki 46 seçki məntəqəsindən 24-də 3 qrup şəklində müşahidələr apardıq. Həmin rayonu seçməyimizdə ən mühüm amil türk dünyasının məcburi köçkünlərlə həmrəy olduğunu göstərmək idi. 

Aparılan müşahidələrimizə əsasən deyə bilərik ki, mütəşəkkil, şəffaf və dinc şəraitdə keçən seçkilərin nəticələri rəhbərliyiniz və liderliyiniz altında hər sahədə əldə edilən uğurların təsdiqi, Azərbaycan xalqının Sizə olan inamının bariz nümunəsidir.

Yenidən Prezident seçilməyiniz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələr arasında əlaqələrin daha sürətlə inkişaf etməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Bu əməkdaşlığın gələcək illərdə Sizin səylərinizlə daha da genişlənəcəyinə əmin olduğumu xüsusi vurğulamaq istəyirəm.

Prezident seçkilərində parlaq qələbənizin bütün türk dünyasına xeyirli olmasını arzu edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah diləyirəm.

Dərin hörmətlə,

Xəlil Akıncı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
baş katibi

SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:09
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı...

16 noyabr 2026, 12:09
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:06
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD n...

16 noyabr 2026, 12:06
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
12:05
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunv...

16 noyabr 2026, 12:05