Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovdan

13 oktyabr 2013, 13:05

Hörmətli İlham Heydər oğlu,

Sizi İd əl-Ədha – Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Qoy seçkilərdə Sizin qələbəniz, Azərbaycan xalqının yüksək etimadı yolunuzu nurlandırsın.

Qoy hər bir Azərbaycan vətəndaşının ailəsində xoşbəxtlik, firavanlıq, birlik və qarşılıqlı anlaşma bərqərar olsun.

Əminəm ki, Dağıstan və Azərbaycan, Rusiya və Azərbaycan xalqlarının dostluğu və həmrəyliyi bundan sonra da inkişaf edəcəkdir.

Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dost Azərbaycan xalqına sülh və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Ramazan Abdulatipov

Dağıstan Respublikasının Prezidenti