İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

10 oktyabr 2013, 17:35
İlham Əliyev  Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə  heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Pakistan İslam Respublikası Senatının sədr müavini Sabir Əli Bəlucun başçılıq etdiyi Pakistan Senatı və Milli Assambleyası üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.

Pakistan İslam Respublikası Senatının sədr müavini Sabir Əli Bəluc başçılıq etdiyi nümayəndə heyəti adından dövlətimizin başçısını Prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibətilə təbrik etdi. Ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirildiyinin şahidi olduqlarını deyən pakistanlı qonaq Azərbaycanda mövcud olan sabitlik və əmin-amanlığı yüksək qiymətləndirdi. Sabir Əli Bəluc ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluğunu bildirdi. Pakistanın Azərbaycanın yaxın müttəfiqlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin qarşıdakı illərdə də inkişaf edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləmələrinin önəmini qeyd etdi.

SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23