İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

26 oktyabr 2010, 20:00
İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixal Labendanın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Mixal Labenda etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirən Mixal Labenda qeyd etdi ki, Prezident Bronislav Komorovski ilə söhbəti zamanı dövlət başçısı Polşa hökumətinin ölkəmizlə dostluq münasibətlərini bundan sonra da davam etdirəcəyini vurğulamışdır. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirən səfir yüksək səviyyədə olan ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

Səfir paytaxtımız ilə qısa tanışlıq zamanı şəhərdə gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını dedi.

Dövlət başçısı Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi. Münasibətlərimizin yüksək səviyyədə olduğunu, bir sıra birgə təşəbbüslərin həyata keçirildiyini və ölkələrimizin daha da yaxınlaşması üçün mühüm addımlar atıldığını qeyd edən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu söylədi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04