13:32
İlham Əliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
26 oktyabr 2010, 20:01
Prezident İlham Əliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabenin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Səfir Şusuke Vatanabe Yaponiyanın İmperatoru əlahəzrət Akihitonun salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir qeyd etdi ki, əlahəzrət Akihitonun qəbulunda olarkən İmperator ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı istəyini ifadə etmişdir. Səfir Şusuke Vatanabe ölkəmizin təkcə təbii sərvətlərlə deyil, insan resursları ilə də zəngin olduğunu vurğuladı.
Prezident İlham Əliyev səfirin Azərbaycanda fəaliyyəti dövründə əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi və ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi olduğunu dedi. Azərbaycan ilə Yaponiyanın müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin yaxşı nəticələr verdiyini qeyd etdi. İqtisadi əlaqələrimizin daha da genişlənəcəyinə ümidvar olduğunu deyən dövlətimizin başçısı Yaponiya şirkətləri ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirdi. Siyasi münasibətlərimizin də çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Dövlət başçısı Yaponiyanın İmperatoru əlahəzrət Akihitonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Yaponiyanın İmperatoruna çatdırmağı xahiş etdi.
13:32
12:08
12:07
11:53
11:16
10:00
16:12
Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 11 fevral tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin...
11 fevral 2025, 16:1216:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...
11 fevral 2025, 16:1016:08
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...
11 fevral 2025, 16:0816:06
PDF yükləyin
11 fevral 2025, 16:0616:04
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...
11 fevral 2025, 16:0411:02
Möhtərəm Ayətullah Xameneyi həzrətləri,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün...
11 fevral 2025, 11:02