İlham Əliyev Bakı ticarət limanında aparılacaq köçürmə və yenidənqurma işləri ilə tanış olmuşdur

25 oktyabr 2010, 20:43
İlham Əliyev Bakı ticarət limanında aparılacaq köçürmə və yenidənqurma işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bakı ticarət limanında aparılacaq köçürmə və yenidənqurma işləri ilə tanış olmuşdur.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı Bakı ticarət limanının köçürüləcəyini və ərazidə əsaslı abadlıq işləri həyata keçiriləcəyini bildirmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Ələtdə yeni Beynəlxalq ticarət limanı inşa olunacaq və əvvəlki ticarət limanının yerində istirahət guşələrinin yaradılması nəzərdə tutulmuşdur. Bakı bulvarı hər iki istiqamətə uzadılacaqdır. Dövlətimizin başçısı bu tədbirlərin sürətləndirilməsi ilə bağlı iclasda tapşırıqlar vermişdir.

Artıq Bakı ticarət limanının bir hissəsinin köçürülməsi və burada aparılacaq abadlıq işləri ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarının icrasına başlanmışdır.

Prezident İlham Əliyevə görüləcək işlər barədə məlumat verildi.

Qeyd edildi ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq bu liman yeni əraziyə köçürüləcəkdir. Yenidənqurma işləri çərçivəsində burada paytaxt əhalisinin və respublikamızın qonaqlarının hərtərəfli istirahəti üçün hər cür şərait yaradılacaqdır. Bakının digər yerlərində olduğu kimi, ticarət limanının yerləşdiyi ərazidə də ən müasir standartlara uyğun park salınacaqdır. Hazırda bu istiqamətdə işlərin icrasına başlanmışdır.

Prezident İlham Əliyev hazırlıq işlərinin gedişi ilə tanış oldu, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42
SƏNƏDLƏR Sərəncamlar 11 iyun 2025
13:11
Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə...

11 iyun 2025, 13:11
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:42
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

PDF yükləyin

10 iyun 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 iyun 2025, 15:40
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50