İlham Əliyev Quba rayonuna səfərə gəlmişdir

18 sentyabr 2013, 14:30
İlham Əliyev Quba rayonuna səfərə gəlmişdir

Prezident İlham Əliyev Quba rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Quba şəhərinin mərkəzindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycan Prezidentinə məlumat verdi ki, ərazisi 5 hektar olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı tamamilə yenidən qurulmuşdur. Ərazidə yol və keçidlərə 2500 kvadratmetr asfalt döşənmiş, geniş yaşıllıq işləri aparılmışdır. İstirahət məkanında dörd kölgəlik quraşdırılmış, 60 oturacaq qoyulmuş, işıqlandırma sistemi və parkın ətrafındakı hasarlar yenilənmişdir. Parkda ulu öndər Heydər Əliyevin portretlərindən ibarət mozaik pannolar yaradılmışdır. Burada müasir işıqlandırma sistemi ilə təchiz edilmiş musiqili fəvvarə tikilmişdir. Dairəvi şəkilli ikinci fəvvarə dekorativ elementlərlə bəzədilmişdir. Quba rayonunun ən gözəl yerlərindən birində salınan bu parkın yenidən və ən müasir standartlar səviyyəsində qurulması əhalinin istirahətinin təşkilində mühüm rol oynayır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45