İlham Əliyev Xalq Artisti Arif Məlikova “Heydər Əliyev” ordeni təqdim etmişdir

13 sentyabr 2013, 15:20
İlham Əliyev Xalq Artisti Arif Məlikova “Heydər Əliyev” ordeni təqdim etmişdir

Prezident İlham Əliyev Xalq Artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Məlikova Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni təqdim etmişdir.

Prezident İlham ƏLİYEV dedi: Hörmətli Arif müəllim, mən sizi ad gününüz, yubileyiniz münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Siz Azərbaycan musiqi mədəniyyətinə böyük töhfə vermisiniz. Siz böyük bəstəkar, gözəl müəllim, gözəl vətəndaşsınız. Sizin əsərləriniz Azərbaycan xalqının qəlbində yaşayır. Əminəm ki, həmişə yaşayacaqdır. Siz bir çox simfoniyaların müəllifisiniz, gözəl mahnıların müəllifisiniz. Əlbəttə, artıq 50 ildən çoxdur müxtəlif ölkələrdə nümayiş etdirilən “Məhəbbət əfsanəsi” baleti hesab edirəm ki, sizin yaradıcılığınızın zirvəsidir.

Siz, eyni zamanda, pedaqoq, müəllim kimi öz işinizi davam etdirirsiniz. Gənc bəstəkarların hazırlanmasında sizin böyük rolunuz vardır. Siz Azərbaycan xalqının fəxrisiniz. Böyük bəstəkar və Azərbaycan musiqisinin klassikisiniz. Bu, həqiqətdir.

Bir məsələni də vurğulamaq istəyirəm ki, sizin həmişə çox açıq-aydın və birmənalı vətəndaşlıq mövqeyiniz olmuşdur. Siz bütün dövrlərdə həqiqəti, ədaləti müdafiə etmisiniz. Bütün dövrlərdə öz mövqeyinizi bildirmisiniz. Yəni, bu, hər bir ziyalı, hər bir vətəndaş üçün örnək olmalıdır. Hər bir insanın, xüsusilə cəmiyyətdə böyük nüfuza malik olan insanların vətəndaşlıq mövqeyi olmalıdır. Xalqımız, millətimiz üçün ən ağır günlərdə - 20 Yanvar faciəsi baş verdikdə siz Azərbaycan xalqının haqq səsini dünyaya çatdırdınız. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, bizim informasiya çatdırmaq imkanlarımız çox məhdud idi, Sovet İttifaqında azad mətbuat yox idi. Bax, sizin kimi tanınmış insanlar vasitəsilə Azərbaycan xalqının haqq səsi dünyaya çatdırılırdı. Bunu mən xüsusi vurğulamaq istəyirəm ki, əsl ziyalını fərqləndirən cəhətlərdən biri də onun vətəndaşlıq mövqeyidir, öz xalqına bağlılığıdır, öz dövlətinə sədaqətidir.

Sovet dövründə və müstəqillik dövründə sizin fəaliyyətiniz yüksək qiymətləndirilmişdir. 1998-ci ildə siz Azərbaycan dövlətinin o vaxtkı ən böyük ordeni olan “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Ulu öndər Heydər Əliyev tərəfindən bu orden sizə verilmişdir.

Ulu öndər Heydər Əliyev ilə sizi şəxsi əlaqələr bağlayırdı. Mən bilirəm ki, hər iki tərəfdən böyük hörmət göstərilirdi. Sizin dostluq münasibətləriniz, hesab edirəm ki, cəmiyyət üçün də çox əhəmiyyətli idi.

Bu gün siz 80 illik yubileyinizi hər zaman olduğu kimi, böyük ruh yüksəkliyi ilə, çox yaxşı fiziki formada qarşılayırsınız. Mən buna çox sevinirəm. Bu gün müstəqil dövlətimizin ən ali ordeni olan “Heydər Əliyev” ordenini sizə təqdim etmək istəyirəm.

Bu gün mənim Sərəncamımla siz “Heydər Əliyev” ordeni ilə təltif edilirsiniz. İcazə verin, bu ali mükafatı sizə təqdim edim.

X X X

Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Xalq Artisti Arif Məlikova təqdim etdi.

X X X

Arif MƏLİKOV dedi: Bilirsiniz, deyir, “Ot kökü üstə bitir”. Mən şübhə etmirdim ki, Sizinlə belə söhbət olanda bu qədər dəqiq və dünya düşüncəsindən ortaya gələn məsələlər vardır. Bu qədər sözlərinizdən sonra mən fəxrlə bir şeyi deyə bilərəm ki, bu gün nə Azərbaycanda, nə də başqa ölkələrdə yaşayan bəstəkarın 60-dan çox premyerası olub, ikinci, mən bununla fəxr edirəm. Çünki o proqramın üstündə mən mütləq yazıram, mən azərbaycanlıyam. Fəxr edirəm ki, “Məhəbbət əfsanəsi” ilə, bütün əsərlərimlə mən öz Vətənimə, öz torpağıma borcluyam. Bu, təbiidir. Bunu Sizin sözlərinizdən sonra deyirəm. Əgər Allah bizim ömrümüzü bir az da uzatsa, hələ qabaqda böyük əsərlər yazmaq üçün düşüncələr var və onların üzərində çalışıram.

Bilirsiniz, o qədər gözəl sözlər dediniz. Mən doğrudan da Sizin atanızla yaxın olmuşam. Siz dediniz, “İstiqlal” ordenini mənim boynuma asıb. Bu, mənim üçün fəxrdir. Amma ondan böyüyü də şəxsən onun mənim sənətimə verdiyi qiymət və onun təhlilidir. Mən sözümdə və sənətimdə çalışacağam ki, o şeyləri doğruldum. Sizə təşəkkür edirəm. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:34
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

19 aprel 2025, 11:34
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:30
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

19 aprel 2025, 11:30
SƏNƏDLƏR Qanunlar 19 aprel 2025
11:28
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...

19 aprel 2025, 11:28
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:26
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...

19 aprel 2025, 11:26