İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlmişdir

04 sentyabr 2013, 16:20
İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlmişdir

Prezident İlham Əliyev Biləsuvara səfərini başa çatdıraraq Cəlilabad rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoydu.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, burada yenidənqurma işlərinə bu ilin mayında başlanılmışdır. İşlər qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılmışdır. Ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi yenisi ilə əvəz olunmuşdur. Qranitdən hazırlanmış yeni abidənin hündürlüyü 10 metrdir. Ümumi ərazisi 3 hektar olan bu istirahət məkanında iki fəvvarə quraşdırılmış, müasir işıq dirəkləri və oturacaqlar qoyulmuş, yaşıllıq zolağı salınmışdır. Parkın ətrafında yerləşən bütün binalar təmir edilmişdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55