İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur

04 sentyabr 2013, 16:00
İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Biləsuvara səfəri çərçivəsində rayon icra hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, rayon icra hakimiyyətinin köhnə binası 1950-ci illərdə istifadəyə verilmişdir.

Əvvəllər bina müxtəlif təyinatlar üçün istifadə olunmuşdur. 1992-ci ildən isə icra hakimiyyətinin binası kimi fəaliyyət göstərməyə başlamışdır. Ötən illər ərzində binada əsaslı təmir aparılmadığından iş şəraiti əlverişsiz olmuşdur.

Diqqətə çatdırıldı ki, yeni inzibati binanın tikintisinə 2012-ci ilin iyulunda başlanmış, bu ilin iyulunda başa çatdırılmışdır.

Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Biləsuvara səfərlərini əks etdirən fotoguşə yaradılmışdır.

Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış oldu. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıqla təchiz edilmişdir. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Heydər Əliyev prospektində inşa olunmuş və şəhərin gözəlliyini artıran binanın fasadı yerli tikinti materialları ilə üzlənmişdir. 

Qeyd edildi ki, binanın birinci mərtəbəsində 8 iş otağı və 40 nəfərlik yeməkxana vardır. İkinci mərtəbədə müxtəlif toplantıların və “dəyirmi masa”ların keçirilməsi üçün konfrans zalı və 10 işçi otaq yaradılmışdır. Üçüncü mərtəbədə isə böyük akt zalı və 13 iş otağı vardır. Ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, müxtəlif bəzək elementləri, müasir işıqlandırma sistemi quraşdırılmışdır. İnzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə birbaşa əlaqə üçün videokonfrans zalı, operativ idarəetmə mərkəzi yaradılmışdır.

Prezident İlham Əliyev operativ idarəetmə mərkəzinə baxdı. Burada online videoqəbul da mümkün olacaqdır. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq şəhər icra nümayəndəliyi və yeddi kənd icra nümayəndəliyi şəbəkəyə qoşulmuşdur. Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 150 nəfərlik konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11