Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun İlham Əliyevə təqdim edilməsi mərasimi olmuşdur

02 sentyabr 2013, 18:30
Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun İlham Əliyevə təqdim edilməsi mərasimi olmuşdur

Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi olmuşdur. 

Son illər ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin həyata keçirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması, sosial infrastruktur layihələrinin uğurla icra olunması, dövlət orqanlarında işlərin operativ həlli və bu sahədə bürokratik əngəllərin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülür. Bakıda və regionlarda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, dövlət idarələrində digər müasir xidmət növlərinin yaradılması olduqca əhəmiyyətlidir. Azərbaycanda, eyni zamanda, vətəndaşlara müasir texniki xidmətin ən yüksək dünya standartları səviyyəsində göstərilməsi sahəsində də məqsədyönlü tədbirlər görülür. Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun hazırlanması da bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın, həmçinin “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanın tələblərinin vaxtında təmin edilməsi məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Şəxsiyyəti təsdiq edən sənədlərin verilməsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri, spesifikasiyası və nümunələri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət İşçi Qrupu yaradılmış, bu sahədə beynəlxalq səviyyədə tanınmış şirkətlərin təcrübəsi və əldə olunan nailiyyətlər öyrənilmiş, pasportların təsviri və spesifikasiyası hazırlanmışdır. Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional mərkəz yaradılmışdır. Bu mərkəzlərdə xidmət üçün ən yüksək şərait vardır.

Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportu Prezident İlham Əliyevə təqdim edildi.

Beləliklə, sentyabrın 2-dən ölkəmizdə yeni nəsil biometrik pasportların verilməsinə başlanıldı. Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq on, beş və bir iş günü ərzində ümumvətəndaş pasportları ilə təmin oluna biləcəklər.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45