12:37
Hörmətli cənab Çavuşoğlu,
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin...
18 aprel 2025, 12:37Prezident İlham Əliyev Maştağada qəsəbədaxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısının göstərişi ilə Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, paytaxtın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq həyata keçirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramında yol infrastrukturunun daha da müasirləşdirilməsi nəzərdə tutulur. Bakı və ətraf qəsəbələrin yollarının ən müasir səviyyədə inşası,yol ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi ardıcıl olaraq həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər və həyata keçiriləcək tədbirlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Bakının digər qəsəbələrində olduğu kimi, Maştağada da daxili yollar əsaslı şəkildə yenidən qurulur, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Qeyd olundu ki, qəsəbədə 72 min 500 kvadratmetr yol sahəsinə asfalt örtüyü döşənmiş, yolların kənarları abadlaşdırılmış, ətraf ərazilərdə səliqə-sahman yaradılmışdır. Qəsəbədaxili yolların kənarlarında 100-ə yaxın yeni işıq dirəkləri qoyulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, qəsəbədaxili yolların əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı sakinlərlə görüşdü.
Maştağa qəsəbə sakini Hüseynqulu Ələsgərov görülən işlərlə bağlı sakinlər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Bakı və Bakıətrafı qəsəbələrdə infrastruktur layihələrinin ardıcıl olaraq davam etdiriləcəyini bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
Hörmətli cənab Çavuşoğlu,
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin...
18 aprel 2025, 12:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...
17 aprel 2025, 16:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...
17 aprel 2025, 16:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...
17 aprel 2025, 16:54Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...
17 aprel 2025, 16:52Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...
17 aprel 2025, 16:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...
17 aprel 2025, 16:48Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
17 aprel 2025, 16:46Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının...
17 aprel 2025, 16:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...
17 aprel 2025, 16:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının...
17 aprel 2025, 16:40