15:21
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və...
17 dekabr 2024, 15:21
Bakıda “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimi olmuşdur.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılmışdır. Müasirlikdə bir-birini üstələyən bu cür qurğuların və yolların inşası indi də davam etdirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur. Dövlətimizin başçısının Sərəncamına uyğun olaraq “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin edilməsini nəzərdə tutan layihə artıq yekunlaşmışdır. “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” adlanan layihə çərçivəsində inşa edilən 5 tunel artıq hazırdır. Bu layihəyə daxil olan 6 saylı tunel isə 2012-ci ilin dekabrında istifadəyə verilmişdir. Layihənin podratçısı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dir. Sinqapurun “Surbana International Consultants” şirkətinin layihələndirdiyi qovşağın məsləhətçi-nəzarətçisi Türkiyənin “Pro Yapı Proje İnşaat” şirkətidir.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Bildirildi ki, Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı əlavə tədbirlərin icrası uğurla həyata keçirilir. Qələbə-Gənclik adlanan ərazidə yol qovşağı da tamamilə yenidən qurulmuşdur.
Prezident İlham Əliyev layihənin icrasını əks etdirən filmə baxdı.
Sonra dövlətimizin başçısı inşa edilən tunellərin istiqamətini bildirən maketə baxdı. Bildirildi ki, layihə üzrə ərazidə 16 giriş-çıxışlı, ümumi uzunluğu 2 min 512 metr, eni 8-15,5 metr, hündürlüyü 5,5 metr, hərəkət zolaqlarının sayı isə 5 olan 6 tunel tipli yol qovşağı inşa edilmişdir.
Azərbaycan Prezidentinə layihənin texniki göstəriciləri barədə məlumat verildi. Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərini, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektini birləşdirir. Əlavə olaraq, Təbriz küçəsindən gələn avtomobillər Gənclik dairəsinə daxil olmadan birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcəkdir. Həmçinin Fətəli xan Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək mümkün olacaqdır. Vaqif prospektindən gələn avtomobillər Fətəli xan Xoyski prospektinin altından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcəklər.
Prezident İlham Əliyev inşa edilən tunellərlə tanış oldu. Layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110 min kvadratmetrdir. “Qələbə meydanı” adlanan ərazidə hərəkət intensivliyi saatda 2 min 340 avtomobildən 11 min avtomobilədək artacaqdır. Vaqif prospektində inşa edilən yol qovşağı metronun “Gənclik” stansiyasının tuneli üzərindən keçir. Tunellər beynəlxalq standartlara uyğun layihələndirilmiş və 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulmuşdur. Tunelin daxili işıqlandırma sistemi dünyada keyfiyyət, səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmiş və yarımkeçirici diodlar əsasında işləyən ən müasir işıqlandırma sistemidir. Tunellərin yan divarlarında və tavanda 9 min kompyuterlə idarə olunan LED işıqlar quraşdırılmışdır. Tavanda quraşdırılan 3 minə yaxın projektor gündüz, gecə və qəza rejimlərində işləyir. Hərəkət zolaqlarında 2400 istiqamətverici işıqlar quraşdırılmışdır. Burada, həmçinin səsin səviyyəsini aşağı salmaq üçün 20 minə qədər panel vardır. Atmışdan çox müşahidə kamerası təhlükəsizliyi təmin edir. Bundan başqa, istifadəyə verilən tunellərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə edilən elektron informasiya tablosunın köməyi ilə nəqliyyatın cari vəziyyəti haqqında məlumatlar təhlil edilərək sürücülərə çatdırılacaqdır. Layihəyə əsasən inşa ediləcək 10 piyada keçidindən ikisində də işlər tamamlanma mərhələsindədir. Hər piyada keçidində iki eskalator və əlillər üçün platforma quraşdırılacaqdır. Keçidlərinin içərisinin üzlənməsində milli ornamentlərdən istifadə edilmişdir. Layihəyə əsasən metronun “Gənclik” stansiyasında əlavə iki yeni piyada çıxışının inşası da planlaşdırılmışdır. İlk olaraq metronun “Gənclik” stansiyasının Atatürk prospektinə çıxışının “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilmişdir. Piyada keçidləri də daxil olmaqla tikinti işləri tamamilə başa çatdıqdan sonra ərazidəki park yenidən qurulacaq və sakinlərin istifadəsinə veriləcəkdir.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham ƏLİYEV dedi:
- Üç il ərzində böyük iş görülübdür. Şəhər infrastrukturu yeniləşir, yollar, körpülər, tunellər. Son illərdə Bakıda onlarla, ölkə üzrə bəlkə də yüzlərlə körpü, keçid, tunel tikilmişdir. Hər şey insanların rahatlığı, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır.
Gələcəkdə hələ ki görüləsi işlər çoxdur. Bakının yol infrastrukturunun yeniləşməsi, qurulması istiqamətində hələ böyük işlər görüləcəkdir. Ancaq görülən işlər kifayət qədərdir. İnsanlar tez-tez bu yeniliklərə öyrəşirlər. İndi misal üçün 5, 7 il bundan əvvəlki vəziyyəti yada salanda görürük ki, yerlə göy qədər fərq vardır. Aeroport yolu, körpülər, qovşaqlar, tunellər tikilir, özü də hər yerdə.
Təkcə şəhərin mərkəzində deyil, şəhərin bütün yerlərində böyük nəqliyyat infrastrukturu yaradılır. Hazırda Ziya Bünyadov istiqamətində də böyük qovşaq tikilir. Burada da – “Gənclik” metrosunun ətrafında əvvəllər də iki yol açılmışdır, iki istiqamətə aparan yollar. Bu yollar da elə bu qovşağın tərkib hissəsi olaraq indi fəaliyyət göstərir. Bütün binalar yenidən qurulub, abadlaşıb. Bu meydan doğrudan da yeni görkəm alıb. Futbol stadionu da əsaslı təmir edilibdir. Burada digər infrastruktur tikilir. Yəni, Bakının ən gözəl meydanlarından biri olacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və...
17 dekabr 2024, 15:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...
16 dekabr 2024, 17:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:17Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...
16 dekabr 2024, 17:15Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...
16 dekabr 2024, 17:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri...
16 dekabr 2024, 17:11Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı...
16 dekabr 2024, 17:09Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin genişləndirilməsi,...
16 dekabr 2024, 11:00Hörmətli cənab Kavelaşvili.
Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Gürcüstan əlaqələri tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək...
14 dekabr 2024, 15:47