XƏBƏRLƏR
10 may 2025
12:40
12:40
Hörmətli cənab Keyta,
Mali Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Mali Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına və genişlənməsinə nail olacağıq.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Mali xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 avqust 2013-cü il.