İlham Əliyev Zaqatala rayonuna səfərə gəlmişdir

17 avqust 2013, 14:45
İlham Əliyev Zaqatala rayonuna səfərə gəlmişdir

Prezident İlham Əliyev Balakənə səfərini başa çatdıraraq Zaqatalaya gəlmişdir.

Dövlət başçısı Zaqataladakı Heydər Əliyev Parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məlumat verdi ki, Heydər Əliyev Parkı son illərdə sakinlərin istirahəti üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Burada yerli əhali və eləcə də qonaqların istirahətinin təşkili üçün hər cür şərait vardır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55