İlham Əliyev Qaxda “El Resort” otelinin Konfrans Mərkəzinin açılışında iştirak etmişdir

16 avqust 2013, 23:50
İlham Əliyev Qaxda “El Resort” otelinin Konfrans Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qaxda “El Resort” otelinin Konfrans Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı Konfrans Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə respublikamızda turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm obyektlərinin inşası geniş vüsət almışdır. Qax rayonunda da turizm potensialının inkişafı diqqət mərkəzində saxlanılır. Bu baxımdan 2011-ci il noyabrın 16-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “El Resort” otel kompleksi də mühüm əhəmiyyət daşıyır.

Məlumat verildi ki, Konfrans Mərkəzinin tikintisinə 2011-ci ildə başlanmışdır. Müasir layihə əsasında tikilən mərkəzin ərazisi üç min kvadratmetrdən çoxdur. Sahəsi 1080 kvadratmetr olan birinci mərtəbədəki sütunsuz böyük zalda 900 nəfərə xidmət göstərilə bilər. Zalda dörd böyük ekran və bunlara uyğun proyektorlar quraşdırılmışdır. Böyük zal, həmçinin ən müasir avadanlıqla təchiz edilmişdir.

Konfrans Mərkəzinin mətbəxində quraşdırılmış avadanlıq İtaliyanın “Zanussi” firmasının istehsalıdır.

Mərkəzin ikinci mərtəbəsindəki zallarda da yüksək səviyyəli xidmətin göstərilməsi mümkündür. Zallar ən müasir mobil audio-video avadanlığı ilə təchiz edilmişdir. Mərkəzin ərazisində 100 avtomobillik dayanacaq inşa olunmuşdur. Konfrans Mərkəzində bütün infrastruktur ən müasir səviyyədə qurulmuşdur.

Prezident İlham Əliyev Konfrans Mərkəzi ilə tanışlıqdan sonra “El Resort” otelinin tikintisi davam etdirilən “Şimal” blokunun sxemlərinə və fotostendlərinə baxdı.

Məlumat verildi ki, beşmərtəbəli binanın tikintisinə 2012-ci ilin noyabr ayında başlanmışdır və işlərin 2013-cü ilin sonunda yekunlaşdırılması planlaşdırılmışdır. Kompleksin ümumi ərazisi 2,7 hektar, tikinti sahəsi isə iki min kvadratmetrdir. “Şimal” blokunun birinci mərtəbəsində boulinq mərkəzi, bar, 120 yerlik kafe, 240 yerlik restoran fəaliyyət göstərəcəkdir. Binada 82 nömrə olacaqdır. Yeni kompleksdə 60 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.

Tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 01 may 2025
16:15
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

01 may 2025, 16:15
SƏNƏDLƏR Qanunlar 01 may 2025
16:13
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

01 may 2025, 16:13
SƏNƏDLƏR Sərəncamlar 01 may 2025
13:30
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...

01 may 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07