İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə ziyafət verilmişdir

13 avqust 2013, 21:55
İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə ziyafət verilmişdir

Prezident İlham Əliyevin adından ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə ziyafət verilmişdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:

Hörmətli Vladimir Vladimiroviç!

Hörmətli qonaqlar, əziz dostlar!

Rusiya Prezidentinin Azərbaycana səfəri sona yaxınlaşır. Düşünürəm ki, əgər desəm səfər çox uğurlu, məhsuldar alındı, ümumi rəyi ifadə etmiş olaram. Biz ikitərəfli münasibətlər, bu münasibətlərin gələcək inkişafı məsələlərini müzakirə etdik. Nümayəndə heyətinin üzvləri yaxından ünsiyyət saxlamaq və həmçinin sahə xarakteri daşıyan məsələləri müzakirə etmək imkanı əldə etdilər. Bu gün mətbuat konfransı və rəsmi görüşlər zamanı xeyli fikirlər söylənilibdir. Biz Vladimir Vladimiroviçlə ikitərəfli münasibətlərin, regional problemlərin bir çox məsələləri, təhlükəsizlik məsələləri və ölkələrimiz arasında gələcək əməkdaşlıq ilə bağlı müfəssəl danışıqlar, geniş fikir mübadiləsi apardıq.

Səfər bizim münasibətlərin strateji və dostluq xarakterini bir daha təsdiq etdi. Biz dost, qonşu ölkələrik, Xəzər, Qafqaz regionunda yerləşən ölkələrik. Əlbəttə ki, buna görə də Xəzər, Qafqaz problemi bizim münasibətlərimizdə xüsusi yer tutur. Eləcə də regionumuzda sabitlik uğurlu qarşılıqlı fəaliyyətdən, əməkdaşlıqdan, səylərimizin əlaqələndirilməsindən asılıdır.

Biz dostuq, tərəfdaşıq. Bugünkü səfər bunu bir daha təsdiq etdi. İmzalanan sənədlər də münasibətlərin inamla hərtərəfli və uğurlu inkişaf etməsinə xidmət göstərəcəkdir.

Səfərin rəsmi məqamlarından başqa, bizim Vladimir Vladimiroviçlə ikitərəfli münasibətlərin bütün məsələləri üzrə canlı, dostcasına söhbətlərimiz oldu. Biz ikitərəfli münasibətlərin mühüm məsələləri ətrafında səmimi, dostcasına fikir mübadiləsi apardıq. Rusiya Prezidentinin Azərbaycana səfəri özlüyündə əlamətdar hadisədir. Səfərin zəngin və məhsuldar keçməsi isə gələcəkdə öz nəticələrini göstərəcəkdir. Bütün bunların bizim münasibətlərimizə təsir göstərməsi isə daha mühüm hadisədir.
Bu gün xeyli söz deyilib, daha sizi yormaq istəmirəm. Mən bir daha Vladimir Vladimiroviçə Azərbaycana səfərə dəvəti qəbul edib ölkəmizə gəldiyinə, aparılan danışıqlara, fikir mübadilələrinə görə minnətdarlığımı bildirmək istəyirəm.

Rusiya nümayəndə heyətinin bütün üzvlərinə fəal işlərinə görə minnətdarlığımı bildirmək istəyirəm. Rusiya xalqına, Rusiya dövlətinə ən xoş arzularımı bildirirəm. Rusiya Prezidentinə cansağlığı, uğurlar arzulayıram.

X X X

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

- Hörmətli Azərbaycan Prezidenti!

Hörmətli dostlar, həmkarlar, bütün deyilənləri təkrar etməyəcəyəm. Yalnız qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Rusiyanı çoxillik, hətta demək olar ki, çoxəsrlik münasibətlər birləşdirir. Bizim xalqlarımız həmişə yaxın olublar. Təkcə ticarət etməmişik, biz uzun illər vahid bir dövlətin tərkibində yaşamışıq. Təbii ki, bütün bunlar bizim milli xarakterimizdə, mədəniyyətimizdə əks olunubdur. Bu qarşılıqlı əlaqələr, qarşılıqlı tamamlama, qarşılıqlı inkişaf deməkdir. Bir qədər bundan əvvəl biz özümüzün kiçik, lakin xeyli səmərəli və müasir gəmilərimizin birində olduq, təəccüblə öyrəndim ki, həmin gəmilərdən birinin kapitanı milliyyətcə azərbaycanlıdır. Bunu heç özüm də bilmirdim. Bu gəmi isə Rusiya donanmasının ən müasir gəmilərindən biridir. Demək olar bütün sahələrdə belədir.

İçərişəhərə getmişdik, orada Novqoroddan olan ruslar dayanmışdılar. Onlar mənə və Prezidentə yaxınlaşaraq, burada özlərini necə hiss etdiklərini danışdılar. Yeri gəlmişkən, Azərbaycan Prezidentini və hörmətli həmkarlar, sizin hamınızı Bakının gözəlləşməsi münasibətilə təbrik edirəm. Əlbəttə ki, bu, müasir, inkişaf edən, maraqlı və öz siması olan bir şəhərdir.

Son illər Azərbaycan özü də belə bir dövlətə çevrilmişdir. Əmin olduğumu bildirmək istəyirəm ki, şübhəsiz, bizim bugünkü söhbətlərimiz, səfərimiz son dərəcə etimadlı oldu. Eləcə də, bizim xalqlarımızın, ölkələrimizin münasibətlərinin tarixi gələcəyi yüksələn xətlə inkişaf edəcəkdir.

Əlbəttə, bizim necə işləyəcəyimizdən çox şey asılı olacaqdır. Hələ çox məsələləri həll etmək lazımdır. Bizə keçmişdən qalan çox çətin, ilk baxışda hətta həlli mümkün olmayan problemlər vardır. Lakin əgər xoş məram, istək olsa, əgər ölkələrimiz qarşısında, xalqlarımızın gələcəyi qarşısında məsuliyyət olsa, şübhəsiz ki, bütün məsələlərin həlli tapılacaqdır.

Mən keçmiş Prezident Heydər Əliyevin buna necə münasibət bəslədiyini bilirəm. Onunla məni xoş şəxsi münasibətlər bağlayırdı. Bu insan bütün Sovet İttifaqının və əlbəttə ki, müasir Azərbaycanın dirçəlişinə, inkişafına böyük töhfələr vermişdi.

Fəaliyyətdə olan indiki Prezident həmin xətti, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin inkişafına yönələn xətti davam etdirir.

İcazə verin badələrimizi Rusiya-Azərbaycan münasibətlərinin və Azərbaycan Prezidentinin şərəfinə qaldıraq.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 sentyabr 2024
17:55
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998,...

24 sentyabr 2024, 17:55
SƏNƏDLƏR Müraciətlər 24 sentyabr 2024
15:44
“ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!

Sizi “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz!

Ölkəmiz mötəbər beynəlxalq tədbirləri...

24 sentyabr 2024, 15:44
SƏNƏDLƏR Sərəncamlar 24 sentyabr 2024
13:30
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd...

24 sentyabr 2024, 13:30
SƏNƏDLƏR Sərəncamlar 23 sentyabr 2024
15:09
Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU)...

23 sentyabr 2024, 15:09
SƏNƏDLƏR Sərəncamlar 23 sentyabr 2024
14:55
H.X.Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                

Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən...

23 sentyabr 2024, 14:55
SƏNƏDLƏR Sərəncamlar 23 sentyabr 2024
14:53
A.Y.Əsgərovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:                                  

Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı...

23 sentyabr 2024, 14:53