İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiyanın Xəzər Flotiliyasının “Dağıstan” raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının “Bakı” gözətçi gəmisinə baxmışlar

13 avqust 2013, 21:05
İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiyanın Xəzər Flotiliyasının “Dağıstan” raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının “Bakı” gözətçi gəmisinə baxmışlar

Dağüstü parkla tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiyanın Xəzər Flotiliyasının Bakıda qeyri-rəsmi səfərdə olan “Dağıstan” raket gəmisinə və Azərbaycan Hərbi Dəniz Donanmasının “Bakı” gözətçi gəmisinə baxmışlar.

Dövlət başçıları əvvəlcə “Dağıstan” raket gəmisi ilə tanış oldular. Gəminin komandiri prezidentlərə raport verdi.

Rusiya Prezidenti Vladimir Putin əsgərləri salamladı.

Dövlət başçıları “Dağıstan” raket gəmisi ilə tanış oldular.

Qeyd edək ki, Rusiyanın Xəzər Flotiliyasına məxsus gəmi dəstəsi Prezident Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində Bakıya qeyri-rəsmi səfərə gəlmişdir. Rusiya tərəfinin dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi dəstəsi də bu ilin ikinci yarısında Rusiyaya səfər edəcəkdir.

Sonra dövlət başçıları Azərbaycan Hərbi Dəniz Donanmasının “Bakı” gözətçi gəmisinə gəldilər.

Gəminin komandiri Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı dənizçiləri salamladı.

Prezidentlər “Bakı” gözətçi gəmisi ilə tanış oldular.

Daha sonra “Dağıstan” raket gəmisinin kapitanı dövlət başçılarına xatirə hədiyyəsi təqdim etdi.

Prezident Vladimir Putin gəminin kapitanından soruşdu ki, adın nədir?

Kapitan: Vüsal.

Vladimir Putin: Sən azərbaycanlısan?

Kapitan: Elədir ki, var. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23