17:55

Prezident İlham Əliyev Yevlaxa səfəri çərçivəsində “Azərtoxum” MMC toxumçuluq müəssisəsinin açılışında iştirak etmişdir.
Müəssisənin kollektivi dövlət başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladı.
“Azərtoxum” MMC-də yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, toxumçuluq müəssisəsinin tikintisi üçün 7 hektar torpaq sahəsi ayrılmışdır. İnşasına 2009-cu ilin iyununda başlanmış müəssisə 80 tonluq qapandan, tutumları 1000, 1500 və 2500 ton olan 12 anbardan, toxum laboratoriyasından, təmir sexindən, yanacaqdoldurma məntəqəsindən və evlərdən ibarətdir.
Dövlət başçısı müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesi ilə tanış oldu, hazır məhsulların sərgisinə baxdı.
Bildirildi ki, müəssisə müxtəlif növ dənli bitki toxumlarının istehsalı, hazırlanması və işlədilməsi ilə məşğul olacaqdır. Bu müəssisənin yaradılmasında əsas məqsəd rayonlaşdırılmış sortlar, super elit və yüksək məhsuldar toxum hazırlamaqdır. Burada dünyanın ən mükəmməl və modern sistemləri, texnologiya, maşın və avadanlıq tətbiq ediləcəkdir. Mərkəz 100 min ton toxum hazırlamaq və işlətmək gücünə malikdir.
Azərbaycan Dövlət İnvestisiya şirkətinin həmtəsisçisi olduğu müəssisənin avadanlığı 15 min hektar sahənin əkilib-biçilməsinə imkan verir. İşçilərin sayı mövsümlə əlaqədar 200 nəfərdən 400 nəfərə çatır. Orta aylıq əməkhaqqı 500 manatdır. Hazırda Tərtər, Yevlax, Şəki, Zaqatala, Qax, Balakən rayonlarında 6 min 500 hektar sahədə əkin işləri aparılır. Gələcəkdə əkin sahələrinin artırılaraq 50 min hektara çatdırılması nəzərdə tutulur ki, bu da min nəfərin işlə təmin edilməsi deməkdir. Müəssisənin təcrübə-sınaq sahələrində toxum səpini də aparılır. Bununla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan əkinçilərə toxumların növləri barədə məlumat verilir, əkindən biçinə qədər texnoloji proses izah edilir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.











Hörmətli xanım Prezident,
Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Az...
11 noyabr 2026, 11:10
Hörmətli cənab Prezident.
Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azər...
10 noyabr 2026, 11:41Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların...
10 noyabr 2026, 11:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...
09 noyabr 2026, 14:00Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn x...
09 noyabr 2026, 11:22