16:41

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Rusiya Federasiyası Prezidenti Vladimir Putinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Hörmətli Vladimir Vladimiroviç! Hörmətli qonaqlar! Bir daha sizi Azərbaycanda ürəkdən salamlamaq istəyirəm! Xoş gəlmisiniz! Sizin səfəriniz bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu gün artıq danışıqlarda qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri üzrə fikir mübadiləsi apardıq.
Münasibətlərimizin gündəliyi çox genişdir. Əməkdaşlıq çoxplanlı və çoxtərəflidir, demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi əlaqələr, humanitar sahə, nəqliyyat, regional təhlükəsizlik və bütün məsələlər üzrə mövqelərimiz oxşardır. Əlbəttə ki, ikitərəfli münasibətlər və regional siyasətin mühüm məsələlərini Sizinlə müzakirə etmək imkanı çox vacibdir. Çox şadam ki, Sizi böyük və möhtərəm nümayəndə heyəti müşayiət edir. Nümayəndə heyətinin belə tərkibdə olmasının özü sübut edir ki, bizim önəm verdiyimiz məsələlər böyük əhəmiyyət kəsb edir. Əminəm ki, bu səfər ölkələrimiz arasında gələcək dostluq münasibətlərinə bütün istiqamətlərdə təkan verəcək, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Bir daha xoş gəlmisiniz!
Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN çıxış edərək dedi:
- İlham Heydər oğlu, dəvətə görə çox sağ olun! Rusiya-Azərbaycan münasibətlərinin inkişafına göstərdiyiniz diqqətə görə təşəkkür edirəm! Mən əsas məsələ, humanitar istiqamətlər barədə daha çox danışmaq istərdim. İndicə kiçik tərkibdə danışarkən biz bu məsələyə lazımi diqqət yetirdik. Mən bir daha qeyd etmək istərdim ki, Azərbaycanda rus dilinin inkişafına və tədrisinə lazımi diqqət göstərilir, rusdilli məktəblər və Rusiyanın ali təhsil müəssisələrinin filialları da fəal işləyir. Bu, mühüm məsələdir. Çünki bu, bütün digər istiqamətlərdə iş üçün şərait yaradır.
Bütün digər məsələlərlə bağlı bizdə yüksəliş göz qabağındadır. Biz artıq qeyd etmişik ki, dünya iqtisadiyyatındakı çətinliklərə baxmayaraq, əmtəə dövriyyəmiz artır. Keçən il demək olar ki, 50 faiz, yəni 47 faizdən çox artıb. Bu, bizim qarşılıqlı fəaliyyətimizin çox gözəl göstəricisi, potensialıdır. Həqiqətən də Rusiya nümayəndə heyətinin tərkibində xeyli nazirlər vardır, onların çoxu əsas aparıcı nazirliklərin və idarələrin nümayəndələridir. Mən ümid edirəm ki, biz bu gün belə geniş tərkibdə əməkdaşlığımızı daha da intensivləşdirmək üçün nələr etməli olduğumuzla bağlı fikir mübadiləsi aparacağıq. Əminəm ki, bütün bu işlər bizim gələcək fəaliyyətimiz üçün faydalı və perspektivli olacaqdır. Çox sağ olun!
Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali...
07 may 2025, 16:34Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının...
07 may 2025, 15:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...
07 may 2025, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...
07 may 2025, 15:39Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.
-2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan...
06 may 2025, 18:40Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...
06 may 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam...
06 may 2025, 16:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam...
06 may 2025, 16:02Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 5 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Aparatı – idarələr və şöbələr.
2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri...
05 may 2025, 16:04Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 5 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının xarici siyasətini və...
05 may 2025, 16:02