İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur

13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur

Prezident İlham Əliyev ölkəmizə səfərə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putini qarşıladı.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Sonra Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüş oldu.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli Vladimir Vladimiroviç! Sizi görməyə çox şadam! Azərbaycana xoş gəlmisiniz! Əminəm ki, səfəriniz münasibətlərimizə əlavə impuls verəcəkdir. Əlaqələrimiz çox dinamik, müsbət və uğurla inkişaf edir. Münasibətlərimiz bir çox sahələri əhatə edir. Bu gün həm gündəlikdə duran ikitərəfli münasibətləri, həm də regional məsələləri müzakirə etmək imkanımız olacaqdır. Gündəliyimiz kifayət qədər genişdir. İqtisadiyyatda gözlədiyimizdən də çox yaxşı nəticələr vardır. Ənənəvi olaraq humanitar sahədə də yaxşı nəticələr və perspektivlər mövcuddur. Başqa sözlə, münasibətlərimiz çox uğurla inkişaf edir. Sizin səfərinizin əlaqələrimizin inkişafında əlbəttə ki, xüsusi yeri vardır. Əminəm ki, səfərdən sonra əlaqələrimizin müsbət dinamikası davam edəcəkdir. Bir daha Sizi ürəkdən salamlayıram. Xoş gəlmisiniz!

Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN dedi:

- İlham Heydər oğlu! Dəvətə görə dərin təşəkkür edirəm! Həqiqətən ölkələrimiz arasında münasibətlər kifayət qədər uğurla inkişaf edir. Dünya iqtisadiyyatındakı çətin vəziyyətə baxmayaraq, ötən il əmtəə mübadiləsinin artımı 48 faizdən çox olub - təqribən 50 faiz. Bu, bizim üçün rekordlardan biridir. Rusiya Azərbaycan ilə ticari-iqtisadi əlaqələrdə liderlərdəndir və ikinci yeri tutur, ticarət dövriyyəsi artır. Həm Rusiya, həm Azərbaycan tərəfindən ticarət dövriyyəsinin strukturu kifayət qədər sanballıdır. Əlaqələrimiz bir çox sahələr üzrə inkişaf edir. Burada tam əminliklə demək olar ki, bu əlaqələr şaxələndirilmiş xarakter daşıyır və təşəbbüslərin çoxluğu, o cümlədən Azərbaycan tərəfindən humanitar sahənin inkişafına yönələn təşəbbüslər sevindiricidir. Mən bilirəm ki, burada Sizin şəxsi təşəbbüsləriniz də vardır. Biz bu gün hamısını müzakirə edəcəyik. Mən əminəm ki, bugünkü görüşümüz münasibətlərimizin inkişafına kömək edəcəkdir. Mənimlə buraya böyük komanda - əməkdaşlığımızın istiqamətləri üzrə aparıcı nazirlər gəlib. Odur ki, işimiz məzmunlu, böyük, maraqlı və əhəmiyyətli olacaqdır. Çox sağ olun!

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23