İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir

11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir

Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev ziyafətdə çıxış edərək dedi:

- Cənab Baş nazir.

Əziz dostlar, əziz qonaqlar.

Bir daha sizi Azərbaycanda salamlayıram. Səfəriniz doğrudan da tarixidir. O, bizim münasibətlərimizin tarixinə İtaliya Baş nazirinin ilk səfəri kimi düşəcəkdir. Bu, çox vacib və mühümdür, əməkdaşlığın və dostluğun yaxşı əlamətidir. Eyni zamanda, bu gün apardığımız müzakirələr nöqteyi-nəzərindən səfəriniz çox əhəmiyyətlidir. Biz ikitərəfli əlaqələrin, regional əməkdaşlığın bir çox sahələrinə toxunduq. Müzakirələrimizi indi nahar zamanı da davam etdirəcəyik.

Ölkələrimiz arasında dostcasına, çox sabit, gözlənilən, qarşılıqlı dəstəyə, anlaşmaya və hörmətə əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə etmək istərdim. Bu gün müzakirə etdiyimiz kimi, bu münasibətlər Avropa İttifaqı-Azərbaycan əlaqələri üçün də mühümdür. Avropa İttifaqı-Azərbaycan münasibətlərinə verdiyi dəstəyə görə ölkənizə minnətdarıq və ümid edirəm ki, qarşıdakı aylarda və illərdə bizi çoxlu yeniliklər gözləyir. Əminəm ki, səfərdən sonra biz iqtisadi sahədə daha fəal əməkdaşlığın şahidi olacağıq, çünki enerji layihələri bizim ölkələri daha da əlaqələndirəcək və əlaqələrimiz davamlı inkişaf edərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta çıxış edərək dedi:

- Cənab Prezident, məndə belə bir hiss vardır ki, bu gün İtaliya ilə Azərbaycan arasında münasibətlər dəyişir. Mən bunu məmnuniyyətlə qeyd edirəm. Bu gün biz münasibətlərimizin əsasını qoyuruq və bu da əlaqələrimizin gələcəyi üçün çox əhəmiyyətlidir. Bu, bizim üçün çox əhəmiyyətlidir. Bizim gördüyümüz işlərə marağımız böyükdür və bu, gələcəkdə də belə olacaqdır. Gələcək əməkdaşlığımız enerji sahəsindən başlayacaq və əminəm ki, əlaqələrimiz enerji ilə yanaşı, müxtəlif nikbin və konkret sahələri də əhatə edəcəkdir. Düşünürəm ki, bizim indi ikitərəfli gündəliyimiz vardır və biz gündəliyimizə əsasən müəyyən etdik ki, ölkələrimiz ilk növbədə enerji və əlbəttə, iqtisadi, eləcə də siyasi və mədəniyyət sahələrində birlikdə çalışmağa hazırdır. Sizin 2015-ci ildə tərəfimizdən keçiriləcək sərgidə iştirakla bağlı verdiyiniz qərar güclü iradə və dostluğun çox əhəmiyyətli göstəricisidir. Əlbəttə, mən çox şadam ki, gələcəkdə italiyalılar Azərbaycanı daha yaxşı tanıyacaqlar. Mənim bu gün buraya səfərim italyanlara Azərbaycanın necə bir ölkə olduğunu, eyni zamanda, bizim tərəfdaşlığımızın necə bir strateji tərəfdaşlıq daşıdığını anlamağa kömək edəcəkdir. Bilirəm ki, ölkələr arasındakı strateji əlaqələr hökumətlər və təşkilatların işləməsini tələb edir. Eyni zamanda, onu da bilirəm ki, şəxsi münasibətlər də buna öz töhfəsini verəcəkdir. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər və onların həlli yolları, eləcə də hərbi, NATO, Əfqanıstan və digər mühüm sahələrdə əməkdaşlıqla bağlı fikirlərimiz mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının bir hissəsi olaraq biz Azərbaycanın dostuyuq. Biz məsələlərin müsbət həllini tapmağa çalışacağıq. Biz yenidən Vilnüsdə görüşəcəyik və ümid edirəm ki, Vilnüs toplantısı yeni nailiyyətlərin əldə olunmasına imkan verəcəkdir. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42