İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlmişdir

07 avqust 2013, 12:50
İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlmişdir

Prezident İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı əvvəlcə Kürdəmir şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidentinə Heydər Parkında və Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Bildirildi ki, parkda iki fəvvarə kompleksi yaradılmış, şəlalə inşa olunmuş, 300 yerlik yay kinoteatrı, avtokartinq, uşaq əyləncə mərkəzi, mağaza, ana və uşaq kafesi tikilmiş, karusel quraşdırılmışdır. Burada Gənclər Mərkəzi də fəaliyyət göstərir.

Parkın 5,6 hektarlıq ərazisi yaşıllaşdırılmış, dekorativ ağac və gül kolları əkilmiş, suvarma sistemi qurulmuşdur. Rayon sakinlərinin, o cümlədən gənclərin səmərəli istirahəti üçün burada hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55