İlham Əliyev Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak etmişdir

14 oktyabr 2010, 12:00
İlham Əliyev Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, nazirliyin sifarişi əsasında tikilən mərkəzdə Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılmışdır.

Prezident İlham Əliyev 2004-cü ildə Mingəçevirə səfəri zamanı keçmiş “Kür” avarçəkmə bazasında da olmuş, onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra, 2007-ci ildə tikinti işlərinə başlanmışdır.

Layihəyə əsasən kompleksə inzibati bina, üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli 250 yerlik mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir. Bazanın ərazisində abadlıq işləri aparılmış və istirahət guşələri yaradılmışdır. Bazadan istifadə etmək barədə xarici ölkələrdən müraciətlər daxil olur. Artıq üç ildir ki, bazanın yardımçı hissəsində avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatası keçirilir.

Prezident İlham Əliyev hovuza, idman zalına, anqara, hakimlər qülləsinə, mehmanxanaya baxdı, motorlu qayıqda Kür çayının bu hissəsini gəzdi.

Sonra dövlət başçısı idmançılar və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü. 


gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05