13:32
![İlham Əliyevin Somali Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub](https://static.president.az/upload/960x572/2025/02/12/eb5d0e1aebe10a6ad2d0e8ff1585d066_7808121.jpg)
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adailehin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Səfir Adel Mohammad Adaileh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Bu yaxınlarda BMT-də İordaniya Kralı II Abdullah ilə görüşünü xatırlayan Prezident İlham Əliyev onunla mütəmadi olaraq görüşdüyünü məmnuluq hissi ilə qeyd etdi. Ölkələrimiz arasında siyasi sahədə əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün də hər iki tərəfin güclü iradəyə malik olduğunu bildirdi. Birgə layihələr üzərində işlənildiyini qeyd edən dövlətimizin başçısı bu layihələrin həyata keçiriləcəyinə və uğurlu əməkdaşlığımızın davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Səfir Adel Mohammad Adaileh İordaniya Kralı II Abdullahın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Siyasi sahədə əlaqələrimizin ən yüksək səviyyədə olduğunu bildirən səfir ticarət və iqtisadi sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün görüləsi çoxlu işlərin olduğunu vurğuladı. İlin sonunda ikinci İordaniya-Azərbaycan hökumətlərarası Komissiyanın növbəti toplantısının Bakıda keçiriləcəyini qeyd edən diplomat, İordaniya Kralının ona əlaqələrimizin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verdiyini dedi.
Dövlət başçısı İordaniya Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 11 fevral tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin...
11 fevral 2025, 16:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...
11 fevral 2025, 16:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...
11 fevral 2025, 16:08PDF yükləyin
11 fevral 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...
11 fevral 2025, 16:04Möhtərəm Ayətullah Xameneyi həzrətləri,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün...
11 fevral 2025, 11:02