İlham Əliyev Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

12 oktyabr 2010, 19:14
İlham Əliyev Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev oktyabrın 12-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qais Salim Ali Al Saidin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Qais Salim Ali Al Said etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Oman Sultanlığının Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də aparılan müzakirələrdə dəstəkləməsinin ölkəmizdə böyük minnətdarlıq hissi doğurduğunu dedi. Azərbaycan ilə Oman Sultanlığı arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən dövlətimizin başçısı bu əlaqələrin iqtisadi sahəyə də müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi, Oman Sultanı Qabus bin Said Al Saidin salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söylədi.

Dövlət başçısı Oman Sultanı Qabus bin Said Al Saidin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Omanın dövlət başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04