09:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
10 may 2025, 09:55Prezident İlham Əliyev Şabrandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.
Azərbaycanın əksər bölgələrində olduğu kimi, Şabranda da yeni yaradılmış Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu Bayraq Meydanı da ölkəmizdə dövlət atributlarına hörmət və ehtiramın ən yüksək səviyyədə olmasının daha bir əyani sübutudur. Şabrandakı Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Bildirildi ki, bayraq dirəyinin hündürlüyü 26 metrdir. Meydan Şabranın giriş hissəsində yerləşir. Ərazidə geniş abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır. Əhalinin istirahəti üçün hər cür şəraitin yaradıldığı meydanda müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilmişdir. Bayraq Meydanındakı binada Azərbaycanın dövlət atributları, Şabran rayonunun emblemi və qədim xəritəsi, üçüncü mərtəbədə bölgənin xalçaçılıq sənətinin tarixi ilə bağlı ekspozisiya, dördüncü mərtəbədə “Xınayaxdı” folklor xalq kollektivinin dekorativ xalq tətbiqi sənəti nümunələri, beşinci mərtəbədə rayonun həvəskar rəssamlarının yağlı boya ilə çəkilmiş əsərləri nümayiş etdirilir.
Dövlətimizin başçısına görüləcək növbəti işlər barədə məlumat verildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
10 may 2025, 09:55Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
Dövlətimizin başçısı burada yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı...
10 may 2025, 09:50Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.
10 may 2025, 09:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50