İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Siyəzən rayonuna gəlmişdir

18 iyul 2013, 23:20
İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Siyəzən rayonuna gəlmişdir

Prezident İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Siyəzən rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Siyəzən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Prezident İlham Əliyevə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq işləri barədə məlumat verdi.

gallery-photogallery-photo