Monqolustanın Prezidenti Zati-aliləri cənab Saxiaqiyn Elbeqdorja

10 iyul 2013, 18:30

Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə, İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 iyul 2013-cü il