İlham Əliyev Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası başa çatmış 15 kilometrlik hissəsinin açılışında iştirak etmişdir

05 iyul 2013, 20:30
İlham Əliyev Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası başa çatmış 15 kilometrlik hissəsinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası başa çatmış 15 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayırıcıların tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması vüsət almışdır. Ölkəmizdə beynəlxalq və respublika səviyyəli yolların salınması ilə bağlı silsilə layihələr reallaşdırıldığından indi kənd yollarının çəkilişi ön plandadır. Qazaxda da kənd yollarının inşası və yenidən qurulması ilə bağlı silsilə tədbirlər reallaşdırılır.

Bildirildi ki, ümumi uzunluğu 27 kilometr olacaq bu yol öz başlanğıcını Bakı–Gürcüstan dövlət sərhədi magistralının 469–cu kilometrliyindən götürür. Yol rayonun 26 min əhalisinin yaşadığı 15 kəndini - Çaylı, Kommuna, Ürkməzli, Dəmirçilər, Daş Salahlı, Alpout, Aşağı Əskipara, Bağanis Ayrım, Yuxarı Əskipara və digər yaşayış məntəqələrindən keçir. İnşasına bu ilin mayında başlanmış və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 6,9 milyon manat vəsait hesabına tikilmiş yolun 15 kilometri istismara hazırdır. Yolun qalan 12 kilometrlik hissəsi isə bu ilin sentyabrında istifadəyə veriləcəkdir.

Qeyd edildi ki, ikizolaqlı yolun torpaq yatağının eni 10-12, hərəkət zolağının hər birinin eni 3,5 metrdir. Qazaxda kənd yollarının inşası ilə bağlı digər tədbirlər də həyata keçirilir.

Yeni yolla tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11