İlham Əliyev Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri, İtaliyanın keçmiş xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

28 iyun 2013, 19:00
İlham Əliyev Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri, İtaliyanın keçmiş xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri, İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, Prezident İlham Əliyevin Brüsselə səfəri və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsinə dair Avropa İttifaqının rəhbərləri ilə apardığı səmərəli müzakirələrin önəmli olduğu qeyd edildi. Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığı genişləndirməyin əhəmiyyəti vurğulandı, Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri, İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinin ölkəmizə səfərinin bu əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı, həmçinin Avropanın bəzi qurumlarının, o cümlədən Avropa Xalq Partiyasının bəzi nümayəndələrinin Azərbaycanda gedən inkişaf prosesləri ilə əlaqədar həqiqətə uyğun olmayan qeyri-obyektiv mövqe nümayiş etdirmələrinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət etmədiyi vurğulanaraq bu məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
 

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 29 may 2025
17:17
Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının...

29 may 2025, 17:17