Azərbaycan Qadınlarının IV Qurultayına

14 iyun 2013, 17:20

Hörmətli qurultay nümayəndələri!

Əziz xanımlar!

Sizi Azərbaycan Qadınlarının IV Qurultayının açılışı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və uğurlar, qurultayınızın işinə müvəffəqiyyətlər arzulayıram.

Tarix boyu Azərbaycan qadını istedadlı şair, müdrik hökmdar, mehriban ana kimi şöhrət tapmışdır. Onun toxuduğu xalçalar və tikmələr, yaratdığı laylalar və bayatılar, nəsildən-nəslə ərməğan kimi çatdırdığı nağıllar və rəvayətlər xalqımızın tükənməz mədəni xəzinəsinə layiqli töhfə olmuşdur. Bütün bunlar bizim milli adət-ənənələrimizin, ana dilimizin və mənəvi dəyərlərimizin qorunmasında mühüm rol oynamışdır.

Qadınlarımıza ithaf olunmuş əsərlərdə Azərbaycan qadını dahilər və qəhrəmanlar anası kimi vəsf edilmişdir. Seçib-seçilmək hüququnu bir çox inkişaf etmiş ölkə qadınlarından daha erkən qazanmış xanımlarımız bu gün həyatın bütün sahələrində geniş təmsil olunmuşlar. Ölkəmizdə savadsızlığın ləğvi qadınların kütləvi şəkildə müəllimlik, həkimlik, mühəndislik peşələrinə yiyələnməsinə zəmin yaratmış, onlara elm-mədəniyyətdə fitri istedadlarını reallaşdırmaq üçün imkanlar açmış və cəmiyyətdə qadının mövqeyini əsaslı surətdə dəyişmişdir.

SSRİ-nin süqutu nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran hər bir Azərbaycan qadınının taleyində dərin iz buraxmışdır. Zorla cəlb olunduğumuz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan qadınları çoxsaylı şəhidlər vermiş, el-obalarından uzaq düşmüş, qaçqın və köçkün həyatına düçar olmuşlar.

Müstəqillik dövründə gedən quruculuq proseslərində qadınlar vətənimizin inkişafı və çiçəklənməsi naminə var qüvvələrini sərf etmiş, bilik və bacarıqlarını əsirgəməmişlər. Tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illərdə ölkəmizdə milli dövlətçilik prinsiplərinin təsbit olunmasında, beynəlxalq əlaqələrimizin formalaşmasında, siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycan qadınlarının xidmətləri danılmazdır.

Son on ildə Azərbaycanın qazandığı misilsiz nailiyyətlərin əldə olunmasında, respublikamızda çoxşaxəli iqtisadiyyatın yaradılmasında, regionların inkişafı proqramının gerçəkləşdirilməsində, demokratik mühitin bərqərar olunmasında, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində Azərbaycan qadınlarının böyük əməyi vardır.

Ölkəmizdə aparılan sosial yönümlü siyasət, ilk növbədə, hər bir Azərbaycan ailəsinə, hər bir Azərbaycan qadınına, hər bir Azərbaycan övladına ünvanlanmışdır. Əminəm ki, qadınlarımız gələcəyə ünvanlanan bütün niyyətlərimizin, o cümlədən “Azərbaycan-2020: Gələcəyə Baxış” konsepsiyasının gerçəkləşdirilməsində fəal iştirak edəcək və vətənimizin çiçəklənməsi naminə var qüvvələrini sərf edəcəklər.

Ümidvaram ki, qurultayınız son beş ildə gender siyasətinin gerçəkləşdirilməsi ilə bağlı həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətini təmsil edən qadın təşkilatlarının işini təhlil edəcək, onların qarşısında yeni vəzifələr qoyacaqdır. İnanıram ki, sizin səmərəli işiniz nəticəsində formalaşan yeni strategiyalar və fəaliyyət proqramları uğurla yerinə yetiriləcək və ölkəmizin gələcək inkişafına xidmət edəcəkdir.

Ən xoş arzularla,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2013-cü il.

SƏNƏDLƏR Fərmanlar 26 iyul 2024
16:07
“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında...

26 iyul 2024, 16:07
SƏNƏDLƏR Fərmanlar 26 iyul 2024
16:05
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il iyunun 6-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında...

26 iyul 2024, 16:05
SƏNƏDLƏR Fərmanlar 25 iyul 2024
14:13
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 fevral tarixli 1290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 fevral tarixli 1290 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

25 iyul 2024, 14:13
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2024
15:47
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik...

24 iyul 2024, 15:47
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2024
15:43
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun...

24 iyul 2024, 15:43
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2024
15:39
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq...

24 iyul 2024, 15:39