11:35

Prezident İlham Əliyev Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Gürcüstan hərbçilərinin Əfqanıstanda faciəli surətdə həlak olmaları ilə əlaqədar Gürcüstan rəhbərliyinə və Gürcüstan xalqına başsağlığı verdi.
Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidze başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Nazir Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevin Gürcüstana və gürcü xalqına xeyirxah və səmimi münasibətini ölkəsinin Baş naziri tərəfindən yüksək qiymətləndirildiyini dedi. David Daraxvekidze Baş nazir Bidzina İvanişvilinin, həmçinin son illər Azərbaycanın əldə etdiyi uğurları, şəxsən Prezident İlham Əliyevin Azərbaycan xalqının rifah halının yüksəldilməsi, xüsusilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri də yüksək dəyərləndirdiyini qeyd etdi. O, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Gürcüstanın Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətində olduğunu bildirdi.
Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı həmin səfər zamanı ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli müzakirələr apardıqlarını vurğuladı. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həll ilə bağlı məsələlərin ölkəmiz üçün prioritet olduğunu dedi. Bu sahədə Azərbaycanın yaxşı təcrübəyə malik olduğunu qeyd edən dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların maddi təminatı və cəmiyyətə inteqrasiya olunması istiqamətində böyük işlərin görüldüyünü və əldə olunan nəticələrin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırdı.
Dövlət başçısı Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş etdi.
Hörmətli cənab Prezident,
İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
30 aprel 2025, 11:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...
29 aprel 2025, 16:09Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...
29 aprel 2025, 16:07Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...
29 aprel 2025, 12:11Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz...
28 aprel 2025, 15:12