Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikadan

04 iyun 2013, 18:25

Cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə ən səmimi təbriklərimi çatdıraraq, Sizə xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyirəm.

Fürsətdən istifadə edərək xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır olduğumu bildirmək istərdim.

Cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Əbdüləziz Buteflika

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti