İlham Əliyev Azərbaycana gələn yəhudi icmalarının nümayəndələrini qəbul etmişdir

04 oktyabr 2010, 20:52
İlham Əliyev Azərbaycana gələn yəhudi icmalarının nümayəndələrini qəbul etmişdir

Prezident İlham Əliyev Bakıda yəhudi məktəbinin açılışı münasibətilə respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini qəbul etmişdir.

Prezident İlham Əliyev Bakıda yəhudi məktəbinin açılış mərasimində iştirak etmək üçün müxtəlif ölkələrdən respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini salamladı. Dövlət başçısı əsrlər boyu Azərbaycanda bütün xalqlara və milli azlıqlara, o cümlədən yəhudilərə tolerant münasibət bəsləndiyini dedi. Prezident İlham Əliyev tarixən ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dinc yanaşı yaşadığını xüsusi vurğulayaraq qeyd etdi ki, bu ənənə indi də uğurla davam etdirilir və nümunəvi xarakter daşıyır. Dövlət başçısı yəhudi məktəbinin timsalında milli azlıqlar üçün ölkəmizdə reallaşdırılan layihələrin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirdi.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi üçün ardıcıl siyasət həyata keçirdiyini qeyd etdi və bu siyasətin hazırda da uğurla davam etdirildiyini vurğuladı. Dövlət başçısı Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolu barədə də ətraflı danışdı. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində vətəndaş müharibəsi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, Ermənistanın işğalı və sair çoxsaylı problemlərlə üz-üzə qalan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində bütün çətinlikləri qısa müddətdə arxada qoyduğunu və hərtərəfli inkişafa başladığını bildirdi.

Ölkəmizin müstəqil siyasət yürütdüyünü, xalqla iqtidarın birliyinə nail olunduğunu və dövlət siyasətində insan amilinin başlıca yer tutduğunu vurğulayan dövlətimizin başçısı respublikamızda əhalinin güzəranının durmadan yaxşılaşdığını, qısa müddətdə yoxsulluğun 49 faizdən 11 faizə endirildiyini və böyük miqdarda yeni iş yerlərinin yaradıldığını dedi. Məqsədyönlü siyasət nəticəsində ölkəmizin paytaxtının, eləcə də regionlarının tanınmaz dərəcədə dəyişdiyini və müasirləşdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğuladı. Dünyada qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə də ölkəmizdə bütün sahələrdə inkişafın təmin edildiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanın son illərdə sıçrayışlı sosial-iqtisadi inkişafa nail olduğunu və hazırda dünyanın inkişaf etmiş ölkələri sırasında yerini tutmaq üçün səylərini daha da gücləndirdiyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycandakı müxtəlif dini icmaların azad fəaliyyəti üçün həyata keçirilən tədbirlərə bir daha toxunaraq bu baxımdan Bakıda yeni sinaqoqun inşa olunduğunu qeyd etdi. Dövlət başçısı beynəlxalq səviyyədə Azərbaycan reallıqlarının təbliğinin gücləndirilməsinin vacibliyini dedi və bu baxımdan qarşılıqlı səfərlərin mühüm rol oynadığını söylədi.

MDB Yəhudiləri Cəmiyyəti Federasiyasının prezidenti Lev Levayev qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, Azərbaycanda bütün xalqlara, milli azlıqlara, o cümlədən yəhudilərə daim yaxşı münasibət bəsləndiyini dedi. Ümummilli lider Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırlayan Lev Levayev ulu öndərin tolerantlıqla bağlı müdrik siyasətinin indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Qonaq bu cür xoşməramlı siyasətə Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın da töhfələr verdiyini xüsusi qeyd etdi.

İsrailin baş ravvini Şlomo Amar Azərbaycana ilk səfərinin onda zəngin təəssürat doğurduğunu söylədi. O, respublikamız ilə ilk tanışlığından Prezident İlham Əliyevin siyasətində insan amilinin başlıca meyar olduğu qənaətinə gəldiyini dedi. Şloma Amar Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzinə gələnə qədər aparılan böyük quruculuq və yenidənqurma işlərinin şahidi olduğunu vurğuladı. Qonaq respublikamızdakı sinaqoqlarla tanışlığın onda razılıq doğurduğunu söylədi. Baş ravvin paytaxtda yeni sinaqoqun inşa olunması ilə bağlı bütün yəhudilər adından dövlətimizin başçısına minnətdarlığını bildirdi, Bakıda tikilən yeni yəhudi məktəbinin də ən müasir tələblərə cavab verdiyini dedi. Şlomo Amar məktəbin inşasına görə Prezident İlham Əliyevə minnətdar olduğunu söylədi. 

İkinci dəfə Azərbaycana səfər etdiyini deyən Amerika Yəhudi Konqresinin prezidenti Cek Rozen ötən səfərindən bəri respublikamızın daha da inkişaf etdiyini və gözəlləşdiyini vurğuladı. O qeyd etdi ki, Azərbaycan müxtəlif dinlərin və millətlərin dostluq şəraitində birgə yaşamaları baxımından nümunə rolunu oynayır. Qonaq bu zəngin təcrübənin təbliğinin vacibliyini də diqqətə çatdırdı.

Rusiyanın baş ravvini Berl Lazar da Azərbaycandakı tolerantlığın nümunəvi xarakter daşıdığını və bu təcrübənin yayılmasının zəruriliyini vurğuladı. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan yenidənqurma tədbirlərinə toxunaraq Bakıda müasir yəhudi məktəbinin tikilməsini tolerantlığın yaxşı bir nümunəsi kimi dəyərləndirdi.

Görüşün sonunda Prezident İlham Əliyevə hədiyyə təqdim edildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31
SƏNƏDLƏR Fərmanlar 01 may 2025
16:15
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

01 may 2025, 16:15
SƏNƏDLƏR Qanunlar 01 may 2025
16:13
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

01 may 2025, 16:13
SƏNƏDLƏR Sərəncamlar 01 may 2025
13:30
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...

01 may 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53