Türkiyə Respublikasının 9-cu Prezidenti Zati-aliləri cənab Süleyman Dəmirələ

28 may 2013, 15:20

Hörmətli Süleyman Dəmirəl,

Həyat yoldaşınız, ömür-gün dostunuz Nəzmiyə xanımın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.

Sizinlə birlikdə çiyin-çiyinə böyük həyat yolu keçmiş Nəzmiyə xanım həmişə yanınızda olmuş, ölkənizin çiçəklənməsi və xalqınızın rifahı naminə çətin və məsuliyyətli fəaliyyətinizdə Sizə mənəvi dəstək vermişdir. O, həm də Azərbaycanın yaxın dostu və sevimlisi idi.

Bu ağır anlarda mən və Mehriban xanım Sizə dərin hüznlə başsağlığı verir və səbir diləyirik.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

Bakı, 28 may 2013-cü il.

SƏNƏDLƏR Sərəncamlar 22 may 2025
11:05
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi...

22 may 2025, 11:05