Avstraliya İttifaqının General-Qubernatoru Xanım Kventin Braysdan

27 may 2013, 19:25

Zati-aliləri

28 May - Respublika Günü münasibətilə Avstraliya hökuməti və xalqı ilə birlikdə Sizə, hökumətinizə və Azərbaycan xalqına ən səmimi arzularımı çatdırmaq istəyirəm.

Avstraliya ilə Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə bir çox oxşar yanaşmaları vardır. Diplomatik münasibətlərimizin qurulmasının 20-ci ildönümünü yüksək qiymətləndirərək, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək Azərbaycan səfirliyinin bu il Avstraliyada açılmasını səbirsizliklə gözləyirəm.

2013-cü ilin oktyabrında Azərbaycanda prezident seçkilərinin dinc və uğurlu keçməsini arzulayıram. Bu seçkilərdən əvvəl - 2013-cü ilin sentyabrında Avstraliyada federal seçkilər keçiriləcəkdir. Hər iki seçki bizim demokratiyaya sadiqliyimizin vacib ifadəsi olacaqdır.

Avstraliya hökuməti beynəlxalq ictimaiyyətin göstərdiyi etimad nəticəsində 2013-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilmək şərəfinə layiq görülmüşdür. Biz inanırıq ki, müasir çağırışlar qlobal həll yolu tələb edir və BMT kimi çoxtərəfli təşkilatlar kollektiv həllin ən yaxşı vasitələrini təmin edirlər. Avstraliya Təhlükəsizlik Şurasının qarşısında duran problemlərin həllində Azərbaycan ilə birgə işləməyə sadiqdir və gələcək illərdə qarşılıqlı maraq doğuran məsələlər üzərində ölkənizlə çalışmaq arzusundadır. 2012-ci ildə Azərbaycanın Təhlükəsizlik Şurasına uğurlu sədrliyini və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı missiyasına verdiyi dəstəyi yüksək qiymətləndirirəm.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri növbəti illərdə də inkişaf edəcəkdir.

Hörmətlə,

Xanım Kventin Brays

Avstraliya İttifaqının General-Qubernatoru

SƏNƏDLƏR Fərmanlar 27 fevral 2025
16:12
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan...

27 fevral 2025, 16:12
SƏNƏDLƏR Sərəncamlar 25 fevral 2025
13:11
“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaq niyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan...

25 fevral 2025, 13:11
SƏNƏDLƏR Fərmanlar 25 fevral 2025
13:07
“Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 sentyabr tarixli 1050 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının...

25 fevral 2025, 13:07